Bakıda dəhşətli intihar-VİDEO

Bu gün gecə saatlarında metronun "Koroğlu" stansiyasının yaxınlığında, Heydər Əliyev prospektindəki körpüdə intihar hadisəsi qeydə alınıb.
Bakıda dəhşətli intihar-VİDEO
FHN Bakıdakı intihar hadisəsi ilə bağlı məlumat yayıb. Azertaym.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşın körpünün üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuş aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, təqribən 30 yaşlı şəxs intihar etmək məqsədi ilə körpünün üzərinə çıxmış və özünü öldürməklə intihar etmək niyyətini nümayiş etdirmişdir. Xilaesdicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün brezentin çəkilməsi, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilmişdir.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd etsələr də, vətəndaş heç bir psixoloji bağlantıya girməmiş və intihar niyyətini həyata keçirmişdir. O, asma körpünün qoruyucu dirəklərinə dəyərək xilasedicilər tərəfindən çəkilmiş brezentin üzərinə düşmüş və dərhal Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.







Fikirlər