Bakı metrosunda tüstülənmə - Bəzi sərnişinlərin ürəyi gedib... +FOTOLAR

“Bakı metrosunda tüstülənmə - Bəzi sərnişinlərin ürəyi gedib... +Fotolar

Bir neçə dəqiqə əvvəl Bakı metrosunda problem yaranıb.

Bu barədə "Qafqazinfo"ya sərnişinlər məlumat verib. Həzi Aslanov istiqamətində hərəkət edən qatar “28 May-Gənclik” stansiyaları arasında tuneldə dayanıb. 

Məlumata görə, qəfil tüstülənmə vaqonu bürüyüb, huşunu itirənlər də var.

Sərnişinlər təxliyyə olunub.

***

"Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, “28 May-Gənclik” stansiyaları arasında tuneldə tüstülənmə baş verib:

"Qatarların hərəkətində heç bir problem yoxdur. Hazırda qurumun işçiləri tuneldə tüstülənmənin səbəbini araşdırır. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək".

***

FHN də hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı Metropoliteninin 28 may stansiyasından Gənclik stansiyasına gedən tuneldə tüstülənmə olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunmuş, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilmiş və qarşısı alınıb. 

Bakı metrosunda tüstülənmə - Bəzi sərnişinlərin ürəyi gedib... +Fotolar
Bakı metrosunda tüstülənmə - Bəzi sərnişinlərin ürəyi gedib... +Fotolar






Fikirlər