22.08.2014- DİN adından dələduzluq: növbəti qurban siz ola bilərsiniz...

22.08.2014- DİN adından dələduzluq: növbəti qurban siz ola bilərsiniz...Bu gün bir neçə nəfər DİN-ə məxsus olduğu deyilən şirkətlə bağlı “Qafqazinfo”ya şikayət edib.

Şikayətdə bildirilir ki, "Daxili İşlər Nazirliyinin nəzdindəki "Qala" Beynəlxalq Təhlükəsizlik Xidməti" adlı firma onlardan 2 min manat alaraq işə düzələcəkləri barədə söz verib.

İşin qrafiki isə belədir. Həftədə iki dəfə işə getməklə 750-1000 manat maaş.

Lakin şirkət sonda təklif etdiyi məbləği verməkdən imtina edib.

Şikayətçilər dələduzluqla məşğul olan firmanın metronun "Nəsimi" stansiyası yaxınlığında olduğunu və hər gün oraya bir çox vətəndaşın iş üçün müraciət etdiyini bildiriblər.

Sayt məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin münasibətini də öyrənib. DİN-dən verilən məlumata görə, sözügedən şirkətin Daxili İşlər Nazirliyi ilə heç bir bağlılığı yoxdur: "Onlar fırıldaqçılıqla məşğuldur".

DİN vətəndaşları diqqətli olmağa, belə şirkətlərin toruna düşməməyə çağırıb.






Fikirlər