Bu gün qış vaxtına keçilir

Bu gün qış vaxtına keçilirBu gecə yerli vaxtla saat 5.00-da Azərbaycan ərazisində saatlar bir saat geri çəkilməklə qış vaxtına keçiləcək.

"AzerTaym.az"-ın ANS-ə istinadən məlumatına görə, qış vaxtı mart ayınadək davam edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.






Fikirlər