Bibiheybət yolunda nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILIR

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər olan hissə) yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


BNA-dan verilən məlumata görə, rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərdə tutulur.

Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur.






Fikirlər