Seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası qalib oldu

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 21 oktyabr tarixində yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb. AzerTaym.az xəbər verir ki, seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası səslərin 55,73 faizini qazanıb.

İkinci yerdə keçmiş hakim partiya olan "Vahid milli hərəkat" qərarlaşıb.

MSK-nın məlumatına görə, 59 bələdiyyədən 54-də və beş özünü idarəetmə orqanından dördündə (eləcə də Tbilisidə) keçirilən mer seçkilərində "Gürcüstan arzusu" qalib gəlib. Sözügedən partiyadan namizəd olan Kaxa Kaladze seçicilərin 51,06% səsini toplayaraq Tbilisi meri seçkilərində qalib gəlib.






Fikirlər