Bacısının ƏRİNİ və qayınatasını güllələdi - BAKIDA (YENİLƏNDİ)

Bacısının ərini və qayınatasını güllələdi - BAKIDA

Hadisəni törədən V.Tanrıverdiyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. (apa)

***

Bakıda güllələnmə hadisəsi baş verib.

Hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Vüsal Tufan oğlu Tanrıverdiyev Ramanı qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. V.Tanrıverdiyev həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.

Hadisə nəticəsində ata və oğul güllə yarası ilə xəstəxanaya yerləşdirilib. (trend)






Fikirlər