“Ermənilər itki verərək geri çəkildi” – Rəsmi açıqlama

“Ermənilər itki verərək geri çəkildi” – Rəsmi açıqlamaErmənilər itki verərək geri çəkildi” – Rəsmi açıqlama.

Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı və qabaqlayıcı tədbirləri nəticəsində düşmənin yaxınlaşması əvvəlcədən aşkar edilib.
Baş verən şiddətli atışma zamanı ermənilər itki verərək geri çəkilməyə məcbur olub.
Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib.


Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.






Fikirlər