Samsunq “Galaxy S10" fotolarını paylaşdı - FOTO

Samsunq “Galaxy S10" fotolarını paylaşdı - FOTO

“Samsung” şirkəti Galaxy seriyasının yeni modelinin görüntülərini yayımlayıb.

Publika.az xəbər veri ki, bu barədə mediaya şirkətin mobil bölməsinin rəhbəri Don-Sin Koh Çin məlumat verib. Bildirilib ki, ən son texnologiyalarla təchiz ediləcək “Galaxy S10” smartfonu əvvəlki smartfonlardan xarici görünüşü ilə fərqlənəcək. Əhəmiyyətli dəyişiklik sadəcə xarici görünüşündə deyil proqram təminatında da özünü göstərəcək.

Sonuncu dəfə “Galaxy S6” smartfonundan başlayaraq istehsalçı hər iki nəsildən bir smartfonun dizaynını köklü şəkildə dəyişib. Hazırda gələcək yeni model “Galaxy S10” mobil telefonun fotoşəkilləri internetə yüklənib.

“Galaxy S10” smartfonunun bütün tərəfləri olduqca nazik çərçivələnib. Ekranın alt hissəsində quraşdırılacaq ön kamera adi rejimdə yox, yalnız kamera əlavəsində görünəcək.

Sözügedən “Galaxy S10” smartfonunun 2019-cu ilin fevral ayında Mobil Dünya Konqresində (MWC) təqdim ediləcəyi gözlənilir.






Fikirlər