Xırdalanda BOYA SEXİ yandı - YARALANAN VAR

Xırdalanda boya sexi yandı

Abşeron rayonunun Xırdalan şəhərində sex yanıb.

“Qafqazinfo”nun məlumatına görə, ümumi sahəsi 200 m² olan tikilinin (boya sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






Fikirlər