BAKIDA güclü külək AĞACLARI AŞIRDI

Bakıda əsən güclü külək şəhərin bir sıra rayonlarında ağacları aşırıb. Virtualaz.org xəbər verir ki, ağaclardan biri Puşkin küçəsi, 15 ünvanının yaxınlığında aşıb və yolun yarısını bağlayıb.

Yol polisinin əməkdaşlarının sözlərinə görə, külək həmçinin Səbail və Nəsimi rayonunda analoji halların yaranmasına səbəb olub.

Hələlik yalnız bir halda ağacın parklanmış avtomobilin üstünə aşaraq, nəqliyyat vasitəsini yüngülcə zədələdiyi barədə məlumat daxil olub.






Fikirlər