AXCP üzvünə 7 il 6 ay həbs verildi...

AXCP üzvünə 7 il 6 ay həbs verildi...Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü, Qarabağ qazisi Asif Yusiflinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, A.Yusifli 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Asif Yusifli 25 noyabr, 2014-cü ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilir. A.Yusifli ittihamı qəbul etmir və həbsdə saxlanmasını sifariş hesab edir.






Fikirlər