Mehmanın uduzduğu dairədə Roza Zərgərlinin oğlu seçildi - FOTO

Mərkəzi Seçki Komissiyası (MSK) dünən keçirilən bələdiyyə seçkilərinin nəticələrini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, MSK nəticələri rəsmi saytında yerləşdirilib. Nəticələrə əsasən müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov da Bələdiyyə üzvü seçilib. O, 6 min 667 səs toplayaraq Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib.

C.Qafarov haqqında seçki bülletenində məlumat belə yazılıb:
“Corc Qafarov 1996-cı ildə anadan olub. Bakı şəhəri Suraxanı rayonunun 2 nömrəli uşaq evində yaşayır. “Xəzər” TV-də aktyordur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir”.
Qeyd edək ki, C.Qafarov Roza Zərgərlinin övladlığa götürdüyü uşaqlarından biridir. O, “Xəzər” TV-də aktyorluq edir.  

Qeyd edək ki, bloger Mehman Hüseynov da Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürmüşdü.






Fikirlər