Azərbaycanda ov etmiş ərəb şahzadəsi niyə öldü? – FOTOLAR

110230_res_01Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri, vitse-prezident, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun 34 yaşlı oğlu Rəşid bin Məhəmməd əl-Məktum ürək tutmasından vəfat edib. 

Əmir böyük oğlunun ölümü ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.

Qeyd edək ki, Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri, 18 milyard dollar sərvətə malik Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycanda da dəfələrlə olub. Virtualaz.orq saytı onun ov əyləncələri barədə maraqlı məlumatlar vermişdi.

Mərhum şahzadə əshabələri ilə birlikdə ov etmək üçün bu ilin martın 24-də Hacıqabul rayonunun Qarasu kəndinə ova gəlmişdi.

Virtualaz.org saytının Şirvan bürosunun o zaman əldə etdiyi məlumata görə, əvvəllər də dəfələrlə Azərbaycana ova gəlmiş şahzadə və onu müşayiət edən şəxslər bu dəfə çöldə çadırlar quraraq ov etmək ənənəsindən hava şəraitinə görə daşınmışdılar.

Onlar bu dəfə Rusiyada yaşayan hacıqabullu biznesmenin Qarasu kəndindəki istifadəsiz, amma hər cür şəraiti olan lüks villasını kirayələmiş və orada qalmışdılar.

Ərəb zənginlərinin ovdanı isə Şamaxı rayonu ilə həmsərhəd olan Hacıqabulun Qarasu və Muğan kəndlərinin düzəngahları idi. Onların buranı ovdan seçməsi təsadüfi deyildi. Yerli sakinlər bildirirdi ki, sıx ot örtüyünə malik olan bu yerlərdə martda şahin quşlarına nadir hallarda rast gəlinsə də əti delikates sayılan nadir bəzgək quşları çoxdur. Belə ki, bəzgəklər adətən sıx, şirəli və yaşıl otla qidalanmaq üçün ilin adətən mart-aprel aylarında sürü halında bu düzəngaha  enirlər. Bu quşlar ən nadir çöl quşlarındandır ki, əkin sahələrinə qidalanmaq üçün tez alışırlar. Bu zaman ərəblərin saatda 100 km-dək sürətlə uçmaq qabiliyyətinə malik şahin quşları bəzgəkləri ovlayır.

Təxminən adi toyuq boyda olan bəzgəklərin əti əvəzolunmaz dada malikdir və qiymətli delikates sayılır. Kür-Araz ovalığında yerləşən bu çöllüklərdə həm də turac və çöl göyərçinləri məskunlaşıb.

Ərazinin hamar relyefə malik olması isə ovçulara sürətlə uçan quşları CİP-lərlə müşayiət etməyə və alıcı quşların bu ov prosesini izləməyə imkan yaradırdı.

Şahzadə və müşayiətçiləri də bura əslində bu ov həzzini yaşamağa gəlmişdilər.

Ərəb ölkələrində hər birinin qiyməti 50-100 min dollara çatan şahin quşlarının ov ovlamasına, daha doğrusu, quş quşlamasına tamaşa etmək varlı ərəblərin ən sevimli əyləncəsidir.

Onu da qeyd edək ki, ərəblər şahin quşlarını adətən ya quzu əti, ya da vəhşi göyərçinlə yemləyirlər. Onlar bir neçə il əvvəl Salyanda qalıb ov edərkən çöl göyərçininin birini yerli əhalidən 10 manata alıb şahinlərinə yedirirdilər.






Fikirlər