Bakıda əməliyyat – 30-a yaxın DİNİ İCMA üzvü saxlanılıb

 

9Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Daxili İşlər Nazirliyi (DİN) Bakının Yasamal rayonunda Nurçu dini təriqətinin üzvlərinə qarşı birgə əməliyyat keçirib. AzVision.az-ın məlumatına görə, Şərifzadə küçəsində nurçuların toplandığı iki mərtəbəli evə daxil olan MTN və polis əməkdaşları xeyli sayda dini təriqət üzvlünü saxlayıb. Əməliyyat zamanı nurçuların Bakıdakı liderlərinin də tutulduğu bildirilir. İlkin məlumatlara görə, 30-a yaxın nurçu saxlanılıb. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar müsadirə edilib. Hələlik əməliyyatın hansı səbəbdən həyata keçirilməsi məlum deyil.
Həmin ərazidə yaşayan sakinlərin sözlərinə görə, hər gün xeyli sayda dindar ibadətgah kimi istifadə olunan bu evə toplanaraq dini məclislər təşkil edirlərmiş.
Qeyd edək ki, ötən il də Yasamal rayonunda nurçulara qarşı gecə saatlarında əməliyyat keçirilmişdi. Əməliyyat zamanı xeyli insan saxlaınılmışdı. Bir neçə gün sonra onların ibadətgah kimi istifadə etdikləri villa sökülərək yerlə yeksan edilmişdi.

 






Fikirlər