Azərbaycanda yüksək rütbəli şəxslər HƏBS EDİLDİ – GÖRÜN KİMLƏRDİR...?!

Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs edilib.

Baş Prokurorluqdan bildirilib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, M.Şirvanov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlundan əvvəl sözügedən vəzifədə çalışıb. M.Qurbanov da bir neçə gün əvvəl həbs olunub.






Fikirlər