Elviz Qasımov “Respublikanski”nin kollektivini sürgün edir - Mehriban xanım Əliyevaya ŞİKAYYƏT

Elviz Qasımov “Respublikanski”nin kollektivini sürgün edir - Mehriban xanım Əliyevaya ŞİKAYYƏT

Stalin dövründə sürgün nəticəsində minlərlə insan yurd-yuvasından didərgin düşmüşdü. Bu, zülm aparatının kütləvi şəkildə həyata keçirdiyi cəza mexanizmi idi. 
İndisə müasir sürgün metodunu Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov həyata keçirməyə başlayıb. Və elə bir absurd qərarlar qəbul edib ki, ölkənin heç bir xəstəxanasında bu sürgün variantı ağıla gəlməz. 
"Axırıncı aşırım" filmində Kərbəlayının təbirincə desək, oğlum Yədullanın müsibəti heç belə olmamışdı. Hərçənd, Elviz Qasımovu ictimaiyyət islahatlar həyata keçirəcək biri kimi az qala qəbul edirdi, amma gördülər ki, necə yanılıblar. 
Yaxşı ki, Elviz Qasımov Stalin kimi səlahiyyətlərə sahib olmayıb, yoxsa daha qəddar addımlar ata bilərdi. Hər halda, onun son qərarlarından sonra belə qənaətə gəlmək mümkündür. Belə ki, Respublika Klinik Xəstəxanası təmirə bağlanır. 
Bu təmir səbəbindən E.Qasımovun "dərin planı” nəticəsində xəstəxananın ikinci korpusunun birinci korpusa köçürülməsinə qərar verilib. Bu da başadüşüləndir. Amma direktorun absurd addımı isə 1-ci korpusun da Bilgəhə köçürülməsi qərarıdır. Ay başına dönüm 20 yanvar hara Bilgəh hara?..Bir qədər əvvəl Nərimanov ərazisində yerləşən 5 nömrəli xəstəxanada da təmir işləri aparıldı. İşçi kontingenti çox asanlıqla yaxın ətrafda olan xəstəxanalarda yerləşdirdi. Heç kəs narazı qalmadı. 
Elviz Qasımovun bu əndrəbadi hərəkəti xəstəxanın həm 1-ci korpusda işləyənlərin, həm vətəndaşların narazılığına səbəb olub. 
Çünki ölkənin ən böyük xəstəxanalarından olan və hər gün yüzlərlə insanın müraciət etdiyi "Respublikanski”ni uzaq Bilgəhə köçürmək məntiqsiz faciəvi qərardır. Hər kəs üçün zülümdür.
Nəzərə alsaq ki, qarşıdan isti yay gəlir və xəstələrin həkimlərin qəbuluna düşməsi üçün uzun yol qət edib Bilgəhə getməsi həm işgəncədir, həm də əlavə xərcdir. Hazırda metronun "20 Yanvar” stansiyasına yaxın yerləşməsi hamı üçün xəstəxananı əlçatan edir.
Amma Elviz Qasımov sözün əsl mənasında sürgün qərarı verməklə milləti və 1-ci korpusda işləyən kollektivi Bilgəhə göndərir. Onun bu lüzumsuz qərarı ciddi etirazla qarşılanıb. 
Kollektivin işçiləri haqlı olaraq soruşurlar - Bakının əlçatan bir yerində məkan tapılmadı ki, işçilər Bilgəhə süründürülür?
Hətta bununla bağlı Elviz Qasımova edilən müraciətlər və təqdim olunan ərizələri zibil qutusuna atdığı bildirilir. 
Bu da azmış kimi, direktor özünə yaxın adamlara imtiyaz tanıyıb, onları Bilgəhə göndərmir, təmirə görə 2-ci korpusun yerləşəcəyi 1-ci korpusun yerləşdiyi binada saxlamaqda israrlıdır. 
Bu da ayrı-seçkilik və öz komandasını kollektivdən fərqləndirmək deməkdir. Təbii ki, bu da narazılığa səbəb olub. Ümumiyyətlə, Elviz Qasımovun nə etmək istədiyi başa düşülmür. Belə bir absurd hərəkət insanları işdən incik və əziyyətə salmaqdır. 
Adlarının çəkilməsindən ehtiyat edən həkimlər (nəzərə alsaq ki Elviz Qasımovun direktorluğu dövürdə təxminən il yarım ərzində 450-yə  qədər işçi çıxardıb) məsələ ilə bağlı, sosial şəbəkələr vasitəsilə  Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Prezidentin köməkçisi Anar Ələkbərova, İcbari tibbi sığortanın rəhbəri Zaur Əliyeva, TƏBİB- in rəhbəri Vüqar Qurbanova  müraciət edirlər. Şəxsən Anar Ələkbərovun nəzarəti ilə olanlara ədalətli və hüquqi qiymət verilsin.  Müraciətdə deyilir ki, Elviz Qasımova gedən məktublar zibil qutusuna tullanır, işçilərin və vətəndaşların vəziyyəti nəzərə alınmır. Ona görə də ölkə rəhbərliyindən bununla bağlı addım atılması xahiş olunur.






Fikirlər