Quru sərhədlər iyulun 1-də açılacaq?

Quru sərhədlər iyulun 1-də açılacaq? 

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı olan pandemiyaya ötən ilin iyunundan son verib. 

Ölkəmizdə də koronavirusla bağlı məhdudiyyətlərin böyük hissəsi aradan qaldırılıb. Lakin 2020-ci ilin mart ayından etibarən quru sərhədlərlə bağlı verilən qərar hələ də qüvvədə qalır.

Sözügedən tarixdən etibarən ölkəmizin quru sərhədləri bağlıdır. Bir neçə dəfə qərarla bağlı tarix uzadılıb. Ən son qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü ilin iyul ayının 1-i saat 06:00-dək uzadılıb. Həkim tap

Məsələ ilə bağlı deputatlar Milli Məclisdə dəfələrlə çıxış edib, quru sərhədlərinin açılmalı olduğunu vurğulayıb. Bir çox ekspertlərin fikrincə, iyulun 1-dən etibarən quru sərhədlər də açılacaq. Hələlik isə hökumət bununla əlaqədar olaraq yekun qərarını açıqlamayıb. /Cebhe.info/ 






Fikirlər