Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!

Dünən "DİA-AZ" olaraq xəbər verdik ki, Babək rayonunda suvarma suyuna görə alınan rüşvət üçqat artırılıb. Əslində qiyməti 50 qəpik olan min kubmetr su bundan öncə 3-4 manata satılırdısa, indi əkinçilər eyni miqrad su üçün 10 manat ödəməli olacaqlar.

Bu isə yerli fermerlərin narazılığı ilə müşaiyət olunmaqdadır. "DİA-AZ" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə müzakirə açan Babək rayonundan olan fermerlər eyni zamanda Naxçıvanda Muxtar Respublikasının Kənd Təsərrüfatı Naziri Xəyalə Dadaşovanı əsas günahkar kimi ittiham edirlər.

Sakinlər bildirir ki, bu bahalaşma KTN şefi Məcnun Məmmədovun Naxçıvana səfərindən sonra müşahidə olunub ki, bu da təsadüfi deyil.

Babək sakinləri qeyd edir: "Kənd təsərrüfatı naziri Xəyalə Dadaşova 8 milyon yarımı elə son bir ildə mənimsədi. Bir il ərzində subsidiyaların pulu hara getdi?

Siz hələ bundan danışın... Kənd təsərrüfatının Naxçıvandakı durumu bundan da ağır olacaq".

Xatırladaq ki, bu günlərdə KTN şefi Məcnun Məmmədov Naxçıvanda olub. yerli KİV-in iddialarına görə, Naxçıvandakı xüsusi nümayəndə Fuad Nəcəfli MR-nın KTN rəhbəri Xəyalə Dadaşova ilə o qədər də yaxşı münasibətlərdə olmaması səbəbindən Məcnun Məmmədovla görüşə buraxılmayıb...

Yəni görünəni odur ki, fermerlər narazıdır... bu narazılığı aradan qaldırmalı olanlar isə sanki "evcik-evcik" oynayırmış kimi cılız maraqlarının peşinə düşərək bir-birilərini "didirlər..."






Fikirlər