Qatarda baş verən qəzanın - Videosu

Hacıqabulda baş verən qəzanın kadrları yayılıb.
Qatarda baş verən qəzanın - Videosu
Azertaym.az xəbər verir ki, Hacıqabulun Qarasu qəsəbəsi ərazisində Bakı-Ucar istiqaməti ilə hərəkət edən 43 vaqondan ibarət yük qatarında qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qəvvə və texnikası cəlb olunmuş aidiyyəti qurumlar məlumatlandırılıb. Qəza nəticəsində 7 vaqon relsdən çıxmışdır. Benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanmışdır. Relsdən çıxan 62 ton yanacaqla dolu çəndən yolun kənarına yanacaq dağılıb.

Benzinlə və dizel yanacağı ilə dolu çənlər, eləcədə digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.








Fikirlər