"Dahi söz ustadını itirdik" - FOTOLAR Zöhrə Abdullayeva:

Zöhrə Abdullayeva:

 

 

Əməkdar artist Zöhrə Abdullayeva Zəlimxan Yaqubun ölümünün Türk dünyası üçün  böyük itki olduğunu bildirib: "Zəlimxanın ölümü mənim üçün çox ağırdır. Dahi söz ustadını itirdik. Onun ölümü Azərbaycan ədəbiyyatına ağır itkidir. O, gözəl şair, insan, natiq idi. Onun şeirlərinə yazaılan mahnıları oxumuşam. Gəlmişəm ki, son borcumu yerinə yetirim, dəyərli şairi uğurlayım. Tez-tez zəng etməyə utanırdım. Çünki danışmağa əziyyət çəkirdi".
 
Xalq artist Canəli Əkbərov bildirib ki, Zəlimxan Yaqubun ölümü Azərbaycan ədəbiyyatında müsibət yaradıb: "Zəlimxan həmişə tədbirlərdə mənə Canəli Borçalı deyirdi. O, dəyərli adam idi. Əsl ailəyə buraxılası kişi idi, onun dünyadan köçməsi Azərbaycan ədəbiyyatında müsibət yaratdı. Dünən evinə getmişdim, ailəsinin matəm içərisində olması məni kədərləndirdi. Hər kəs Zəlimxan üçün göz yaşı tökür. Bu, onun nə qədər dəyərli insan olduğunu göstərir".
 
 
Musavat.com







Fikirlər