09.02.2014. - “Real Madrid” – “Villareal” 4-2 (VİDEO)

09.02.2014. -  “Real Madrid” – “Villareal” 4-2 (VİDEO) İspaniyanın “Real Madrid” futbol klubu doğma meydanında “Villareal” komandasını 4-2 hesabı ilə udaraq xallarının sayını 57-yə çatdırıb.

AzerTaym.az xəbər verir ki, ANS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qalib komandada qolları Qaret Beyl, Xese və Kərim Benzema (2) vurub. Qonaqlarda isə Mario Qaspar və Covanni dos Santos fərqlənib.

Xatırladaq ki, həmin oyundan sonra keçirilən matçda “Almeriya” 57 xala malik olan “Atletiko Madrid”i 2-0 hesabı ilə yenib. Bu da “Real Madrid”in işinə yarayıb və onlar La Liqada ilk dəfə olaraq liderlərin çərgəsinə qoşulub. Onlardan 3 xal geridə qalan “Barselona” isə bu gün rəqib meydanında “Sevilya” ilə qarşılaşacaq.







Fikirlər