Cahangir Əsgərovun klubunda qiyam təhlükəsi - BÜDCƏ azaldıla bilər

bitmap-img6

AZAL 8 aya yaxındı ki, futbolçulara maaş vermir. Klubun oyunçuları pullarını təlb etsələr də, istədiklərinə nail ola bilməyiblər. 

Hətta oyunçular bununla bağlı öz narazılıqlarını rəhbərlik qarşısında da dilə gətiriblər. Məlumatda bildirilir ki, futbolçular yaxın zamanda maaşları verilməsə, yeni mövsümdən oyunlara və məşqlərə çıxmayacaqlarını deyiblər. Oyunçuların bu bəyanatından sonra, rəhbərlikdən bildirilib ki, problemin tez zamanda həllinə çalışacaqlar. Bundan sonra “təyyarəçi”lər fasiləyə maaşlarının çox az bir qismini alaraq yollanıblar. 
İddia olunur ki, bu ildən klubun büdcəsi daha da azaldılacaq.
Qeyd edək ki, AZAL İdman Klubunda ağır atletika, karate, voleybol, basketbol, güləş, futbol, həndbol və digər bölmələr mövcud idi. 2011-ci ildən isə şahmat klubu fəaliyyət göstərirdi. İndi isə AZAL sadəcə futbol klubu kimi fəaliyyət göstərir. (aznews.az)

 

 






Fikirlər