03.04.2014. - İdmançımız ermənini 7 saniyəyə nokauta saldı - VİDEO

03.04.2014. -  İdmançımız ermənini 7 saniyəyə nokauta saldı - VİDEOAzerTaym.az Sia.az -a istinadən xəbər verir ki,MMA idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq yarışda idmançılarımızdan ibarət "Legion Fight klub” komandası qalib olub.

Qafqaz ölkələrinin iştirak etdiyi yarışda vətənimizi beş idmançı təmsil edib.
Klubun məşqçisi Orxan Həmzəyev məlumat verib ki, 3 idmançımız - Nihat Şükürzadə, Orxan Quliyev və Təbriz Bəşirov birinci pilləni qazanıblar. Yarışda ən diqqət çəkən məqam isə Orxan Quliyevin Ermənistan döyüşçüsünü 7 saniyə ərzində nokaut etməsi olub
Qeyd edək ki, "Legion Fights Club” komandası iyul ayında Bolqarıstanda keçiriləcək yarışa hazırlaşır.







Fikirlər