Kamran Ağayev debütündə 3 qol buraxdı - Kobud səhv+Video

 

“Kamran Ağayev debütündə 3 qol buraxdı - Kobud səhv+Video

 

Bu gün Portuqaliya çempionatında 6-cı turun oyunları keçirilib.

Qafqazinfo” xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Portu" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə bitib. “Boavişta” 5-ci dəqiqədə hesabı açsa da, “Portu” 3 qol vurmaqla qələbə qazanıb. Kamran sabiq “Qalatasaray”lı Telleşin 86-cı dəqiqədə vurduğu qolda kobud səhv edib.

 

 






Fikirlər