“PSJ”-də ERKƏN AYRILIQ

“PSJ”-də ERKƏN AYRILIQ

Fransanın “PSJ” klubunun təcrübəli futbolçusu Hatem Ben Arfa qışda komandasından ayrılacaq.

AzerTaym.az xəbər verir ki, futbolçu bu mövsümdə rəsmi oyunlarda meydana çıxmadığı üçün klub onun müqaviləsinə xitam vermək niyyətindədir.

Təcrübəli futbolçu isə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə qarşılıq olaraq 10 milyon avro tələb edir.

Qeyd edək ki, Ben Arfanın hazırki klubu ilə gələn ayın yayına qədər müqaviləsi var. Futbolçunun “PSJ”-dən ayrılacağı təqdirdə İngiltərənin “Lester” komandasına transfer olunacağı gözlənilir.






Fikirlər