Arda ilk dəfə transferindən DANIŞDI: "TÜRKİYƏDƏ..."

Arda ilk dəfə transferindən DANIŞDI: "Türkiyədə..."

Son günlər haqqında “Barselona”dan “Beşiktaş”a transfer olacağına dair iddialar yayılan Arda Turan gələcəyi ilə bağlı ilk dəfə açıqlama verib.

AzerTaym.az xəbər verir ki, dostlarının “Türkiyədə “Qalatasaray”dan başqa bir komandada forma geyinərsənmi?” sualına Arda belə cavab verib: “Hazırda “Qalatasaray”ın futbolçusu deyiləm, ancaq hər zaman azarkeşiyəm. O kluba və rənglərinə ürəkdən bağlıyam. Buna görə də Türkiyədə “Qalatasaray”dan başqa komandada oynamağım mümkün deyil. Çıxan iddialara inanmayın”.

Ardanın “Qalatasaray”da oynamaq istəməyi isə hər şeyi həll etmir. Onun Fatih Terimlə münasibətlərinin yaxşı olmaması və hazırda "Cimbom"un baş məşqçi bu şəxs olması Ardanın "Aslan"lara gəlişini sual altına alır.

Qeyd edək ki, Arda Turanın “Barselona” ilə 2020-ci ilə qədər müqavilə müddəti var.






Fikirlər