“Sumqayıt”ın PREZİDENTİ rəsmiləşdi

"Sumqayıt” klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. 

AzerTaym.az xəbər verir ki, iclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu "Sumqayıt” Futbol Klubuna prezident seçilməsi üçün təsisçilərə təqdim edilib. 
Təsisçilərin qərarı ilə "Sumqayıt Futbol Klubu” MMC-nin prezidenti təyin olunub.
Qeyd edək ki, Riad Rəfiyevin "Sumqayıt” klubuna prezident təyin olunacağı hələ iki gün öncədən bilinirdi. Belə ki, AFFA prezidenti Rövnəq Abdullayev Riad Rəfiyevi bu münasibətlə təbrik etmişdi.
Onu da bildirək ki, Riad Rəfiyev "Neftçi” klubunun mərhum rəhbərlərindən olmuş Rasim Rəfiyevin oğludur. O, bunadək millinin seleksioneri vəzifəsində işləyirdi.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi