Sumqayıt sərnişin stansiyası sökülür...

Sumqayıt sərnişin stansiyası sökülür...Sumqayıt sərnişin stansiyası sökülür və yerində müasir iki mərtəbəli inzibati bina tikiləcək.

"AzerTaym.az" bildirir ki,bunu Trend-ə açıqlamasında "Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti"nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

N.Əzməmmədov deyib ki, stansiyada yaşayan 50 məcburi köçkün ailə köçürülüb, ailənin hər birinə təxminən 30 min manat həcmində vəsait ayrılıb.

Sumqayıt sərnişin stansiyası sökülür...Bu gün Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşuna da başlanılıb. İlkin olaraq, bu yolun üzərində yoldəyişdirici qurğuları qoyulacaq. Eyni zamanda, Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür.

Xatırladaq ki, Bakı-Sumqayıt xəttinə buraxılacaq qatarlar "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunub. Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır.


Sumqayıt sərnişin stansiyası sökülür... Sumqayıt sərnişin stansiyası sökülür...






Fikirlər