ABŞ-da əsrin döyüşü oldu - VİDEO

ABŞ-da əsrin döyüşü oldu - VİDEOBirləşmiş Ştatların Las-Veqas şəhərində baş tutan boks görüşməsini əsrin görüşü adlandırdılar. Bu yarışı izləmək üçün dünya ulduzları da canfəşanlıq göstərib.

ANS TV-nin məlumatına görə, Birləşmiş Ştatların Las-Veqas şəhərində bütün zamanların ən bahalı boks qarşılaşması, Menni Pakyao və Floyd Meyuezer arasında döyüş baş tutub.

Mübarizəni canlı şəkildə yaxından izləmək üçün çoxsayda dünya ulduzları arenada olub. Bir çox ekspertin əsrin döyüşü adlandırdığı 12 raundluq qarşılaşmada üç dünya çempionu titulu oynanılıb.

Belə ki, WBA və WBC versiyası üzrə dünya çempionu titulları 37 yaşlı Meyuezerə, WBO versiyası üzrə dünya çempionu titulu isə 35 yaşlı Pakyaoya məxsusdur.

Nəticədən asılı olmayaraq amerikalının qonorarı 150 milyon dollar, Fillipin boksçusunun qonorarı isə 100 milyon dollar həcmində müəyyənləşib.

Matçda filippinli idmançının hərəkətli olmasına baxmayaraq, müdafiə texnikasını seçən Floyd fürsət gözləyərək tutarlı zərbələr endirməyə çalışıb. 12 raundluq döyüşün nəticələrinə əsasən, amerikalı idmançı mübarizənin qalibi seçilib.

Döyüşün digər maraqlı tərəfi isə satılan biletlərin qiyməti olub. Belə ki, döyüşün biletləri aprelin 23-də bir dəqiqə ərzində satılıb.

Biletlərin rəsmi qiyməti 1,5 min dollardan 7,5 min dollara qədər olsa da, saytların birində ilk sıraya bilet 55 min dollardan, digərində isə 100 min dollardan baha satılıb.

Bununla da bu döyüş eyni zamanda biletlərin qiymətinə görə də tarixə düşüb.







Fikirlər