“Qalatasaray” azarkeşləri sevinc içində

“M.Y.” İstanbula ehtiyat heyətlə gəlib
“Qalatasaray” azarkeşləri sevinc içində

İstanbulun “Qalatasaray” klubunun düşərgəsində sevinc yaşanır. Məlumata görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq İngiltərənin “Mançester Yunayted” klubu heytətini açıqlayıb.
Heyətə “M.Y.”nun əsas futbolçularının adı salınmayıb. Baş məşqçi Aleks Ferqyuson sabah İstanbulda baş tutacaq qarşılaşmada Ueyn Runi, David De Heya, Rayan Giggz, Robin van Persi, Sinji Kagava, Luiş Nani, Patris Evra və Coni Evans kimi futbolçuların xidmətinə ehtiyac görməyib.
İstanbulda meydana çıxa biləcək heyəti nəzərinizə çatdırırıq:
Qapıçılar: Sam Johnstone, Anders Lindeqor, Müdafiə: Rafael, Aleksand Buttner, Fil Cons, Tom Thorp, Marnik Vermijl, Skott Vutton, Orta xətt: Maykl Karrik, David Petruççi, Larnell Kol, Tom Kleverli, Darren Fletçer, Anderson, Nik Pouell, Eşli Yanq, Ryan Tunnicliffe, Hücum xəti: Xavier Hernandez, Coşua Kinq, Denni Uelbeck, Federiko Maçeda.
Xatırladaq ki, Mançesterdə keçirilən ilk qarşılaşmada ev sahibi komanda “Qalatasaray”ı 1:0 hesabı ilə məğlub etmişdi.






Fikirlər