Həftənin ƏN YAXŞI oyunçusu və qoluna NAMİZƏDLƏR AÇIQLANDI

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu və qoluna namizədlər açıqlanıb.
UEFA-nın  saytı  xəbər verir ki, ÇL-də 3-cü turun matçlarından sonra ən yaxşı oyunçu adına Edin Dzeko ("Roma”), Məhəmməd Salah ("Liverpul”), David Silva ("Mançester Siti”) və Aşraf Hakimi ("Borussiya” Dortmund) iddia edir.
Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar Anxel Di Maria (PSJ), Marselo ("Real”), Bernardo Silva ("Mançester Siti”) və Lorenso İnsinyenin ("Napoli") qollarıdır.
Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.






Fikirlər