"REAL MADRİD" klubu baş məşqçisini TƏSTİQLƏYİB

İspaniyanın "Real Madrid" klubu Santyaqo Solarini baş məşqçi postuna təsdiqləyib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 42 yaşlı mütəxəssislə 2021-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

Argentinalı baş məşqçi uğursuz nəticələr seriyasından sonra bir neçə həftə əvvəl istefaya göndərilmiş Xulen Lopetegini əvəzləyib. Onun rəhbərliyi altında "Kral klubu" 4 oyunun hamısından qalib ayrılıb. 12 turdan sonra "Real Madrid" 20 xalla 6-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisi lider "Barselona"dan cəmi 4 xal geri qalır.

Bundan əvvəl İtaliyanın "Kyevo" klubu baş məşqçisi Canpyero Ventura ilə yollarını ayırıb.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi