“Liverpul” “Barselona”ya QADAĞA QOYDU

İspaniyanın “Barselona” klubu üç mövsüm ərzində “Liverpul”dan futbolçu ala bilməyəcək.

Oxu.Az AS nəşrinə istinadən xəbər verir ki, bu razılaşma braziliyalı Koutinyonun “Liverpul”dan “Barselona”ya keçidi zamanı əldə olunub.

Sənədə əsasən, ispanlar 2021-ci ilədək “Liverpul”un oyunçularının transferlərinə dair danışıqlar apara bilməyəcəklər.

Qeyd edək ki, Koutinyo üçün “Barsa” 120 milyon avro xərcləyib.






Fikirlər