HƏBİB Tina Kandelakinin ƏLİNİ SIXMADI - VİDEO

Həbib Tina Kandelakinin əlini sıxmadı - VİDEO

 

Rusiyalı idmançı, UFC çempionu Həbib Nurməhəmmədov “Synergy Global Forum”da müsahibədən əvvəl “Matç TV” telekanalının baş direktoru Tina Kandelakinin əlini sıxmayıb.

İdmançı Kandelakinin Instagram hesabındakı paylaşımın altında şərh yazıb.

“Əlimi sıxmaqdan imtina hörmətsizlik kimi qəbul edilə bilməz. Cəmiyyət içində dini lider olmayan şəxs əl sıxa bilər, burada heç bir günah yoxdur”, - Kandelaki yazıb.

Misal kimi, Kandelaki Ramzan Kadırovu gətirib və bildirib ki, Çeçenistan rəhbəri onunla görüşü zamanı əlini sıxıb.

Nurməhəmmədov Kandelakinin paylaşımına reaksiya verib:

 

“Tina, mənim sizin əlinizi sıxmamağım, elə sizə olan böyük hörmətimi göstərirdi. Əgər nə isə düz anlaşılmayıbsa, üzürlü sayın”, - o qeyd edib.

 






Fikirlər