Tayson Azərbaycana gəlir

Tayson Azərbaycana gəlir
Noyabrın 23-dən 25-dək Bakıda kapoeyra üzrə seminar təşkil olunacaq. Sonda isə kəmər imtahanları keçiriləcək. Сeminarda Braziliyadan dəvət olunmuş mütəxəssislər də iştirak edəcək. Bu mütəxəsislər Mestre Paulao Seara və Mestre Taysondur.
“Azərbaycanda təşkil olunmuş tədbirlərə milli federasiyamızın kapoeyraçıları ilə yanaşı, Gürcüstandan da atletlər qatılacaqlar. Onu da bildirək ki, kəmər uğrunda keçiriləcək imtahanlarda yalnız Azərbaycan Kapoeyra Federasiyasının xüsusi məşqçilərinin icazəsini almış idmançılar iştirak edə biləcəklər. Bunun üçün də müəyyən mərhələlərdən keçilməlidir ”-deyə AKF-nin mətbuat xidmətindən bildirilib.






Fikirlər