5 yaşlı “MESSİ”nin XƏYALI gerçəkləşdi

5 yaşlı “Messi”nin xəyalı gerçəkləşdi

 

 

 
Ulduz futbolçu 10 nömrəli Argentina formasını imzalayaraq əfqan uşağa göndərib. 
Sellofan paketdən hazırladığı Leonel Messi paltarıyla bütün dünyanın diqqətini çəkən əfqanıstanlı Murtuza Əhmədinin xəyalı gərçək olub. Uzun müddətdir sosial medianın və xəbər saytlarının gündəmində olan və fanatı olduğu Messinin də diqqətini çəkməyi bacaran 5 yaşlı Murtuza, UNICEF-in də məsələyə qarışması ilə Messinin imzaladığı formasına qovuşub. Futbolçu 10 nömrəli Argentina formasını imzalayaraq əfqan uşağa göndərib. 
5 yaşlı uşağın dünya ulduzu ilə görüşü üçün lazımi tədbirlərin görüldüyünü deyən UNICEF rəsmiləri Murtuzanın imzalı formasının fotosunu da qurumun rəsmi twitter hesabında paylaşıblar.
 
Musavat.com
 
 






Fikirlər