AFFA İcraiyyə KOMİTƏSİ TOPLANDI

AFFA İcraiyyə Komitəsi toplandı: Premyer Liqanın taleyinə aydınlıq gətiriləcək

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilir.

Publika.az-ın xəbərinə görə, Assosiasiyanın inzibati binasında keçirilən tədbir saat 10:00-da start götürüb.

İclasda əvvəlcə Topaz Premyer Liqa klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflər müzakirə ediəcək.

Sonra Topaz Premyer Liqa gənc futbolçularla bağlı limitə yenidən baxılacaq.

Bundan başqa, lisenziyalaşdırma prosesi və digər məsələlər də gündəlikdədir.






Fikirlər