19.05.2014. - Yeni rəis metroda reydə çıxdı

19.05.2014. - Yeni rəis metroda reydə çıxdıBakı Metropoliteni” QSC-nin rəisi Zaur Hüseynov təyinatından sonra ilk dəfə metroda görünüb.

"AzerTaym.az"-ın azvision.az-a istinadən məlumatına görə, metropoliten rəisi bu gün səhər saatlarında “Elmlər Akademiyası” stansiyasında platformada dayanaraq qatarların hərəkətini izləyib, hərəkət qrafikini yoxlayıb.

Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, Z.Hüseynov hər gün metronun hərəkətinə nəzarət edir: “Bu ilk dəfə deyil ki, Zaur Hüseynov metroda görünür. O, hər gün platformalarda olur, depoya gedir, oradakı işlərlə tanış olur. İclaslar, müşavilərlə keçirir. Zaur Hüseynov təmir gedən yerlərlə tanış olur. Yəni bundan adi nə heç nə ola bilməz. Metropolitenin rəisi metroda olmalıdır”.






Fikirlər