23.05.2014. - Azərbaycan Rusiyadan 100 ədəd “Т-90С” tankı aldı

23.05.2014. - Azərbaycan Rusiyadan 100 ədəd “Т-90С” tankı aldıRusiya Azərbaycana satdığı 100 ədəd “Т-90С” tankının göndərilməsini başa çatdırıb. Daha bu qədər tankın göndərilməsi də mümkündür.

Virtualaz.org saytı “İTAR-TASS”-a istinadən xəbər verir ki, bu barədə “Kadeks-2014” sərgisindəki çxışı zamanı Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini Konstantin Biryulin məlumat verib.

“100 tankdan ibarət bütün partiyanı təxminən bir ay əvvəl artıq Bakıya göndərmişik. Azərbaycanla bu ölkəyə daha 100 belə tankın göndərilməsinə dair ilkin anlaşmamız var. Lakin konkret rəsmi müqavilə hələ bağlanmayıb” - deyə K.Biryulin əlavə edib.






Fikirlər