27.06.2014.- Kəndli kombaynsız qalıb. Bəs Yevlaxda kombaynlar haranı biçir? - ÖZƏL

27.06.2014.- Kəndli kombaynsız qalıb. Bəs Yevlaxda kombaynlar haranı biçir? - ÖZƏLTaxıl batır, fermer kombayın axtarır.Yevlaxda taxıl biçimi davam edir, ancaq kombayn çatışmazlığı var.

Yevlaxın Qaraxun, Qaraoğlan, Quşcu, Xaldan kəndlərindəki zəmilərdə taxıl məhv olub gedir. Kombaynlar isə Yevlax şəhər icra başçısı Qoca Səmədovun Malbinəsi kəndindəki taxıl zəmilərini biçir.

Adının çəkilməsini istəməyən Yevlax sakini bildirdi ki, hər il eyni problemlə qarşılaşırlar:
“Minbir əzab-əziyyətlə taxıl əkirik, ancaq biçin vaxtı gələndə Kənd Təsərrüfatı Nazirliyinin ayırdığı kombaynlar icra başçısına qulluq edir. Şikayət etməyə yerimiz də yoxdu. Kimə kimdən şikayət edək?”


Fermerin sözlərinə görə, bankdan pul götürüb iş qursalar da ziyana düşürlər. “Kənd Təsərrüfatı Nazirliyinin ayırdığı kombaynlar icra başçısı üçün işləyir, şəxsi kombaynlar da baha biçir”.


Səxavət Məmməd






Fikirlər