2016-cı ildə dünya zənginləri bu qədər pul qazanıb - MƏBLƏĞ

Картинки по запросу анимация gif доллар

Dünyanın ən zəngin insanları 2016-cı ilin əvvəllərindən 237 milyard dollar gəlir əldə ediblər və şəxsi sərvətlərini 4,4 trilyon dollar səviyyəsinə çatdırıblar. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyinin hesabatında deyilir.

Agentliyin fikrincə, ABŞ-da prezident seçkiləri zamanı hakimiyyətə Donald Trampın qalib gəlməsi valyuta bazarında ciddi dəyişikliklərə yol açıb və dolayısı ilə milyarderlərin daha da varlanmasına şərait yaradıb.

Amerikalı biznemsen Uorren Baffetin sərvəti 19% artaraq 71,4 milyarda çatıb. Buna əsaslı təsir göstərən amil isə ABŞ-da seçkilərdə Donald Trampın qalib gəlməsi ilə Baffetə məxsus “Berhshire Hathaway” şirkətinin səhmlərinin yüksəlişidir.

Bloomberg-in məlumatına görə Microsoft prezidenti Bill Geyts 91,5 milyard dollar sərvətlə dünyanın ən zəngin şəxsidir.






Fikirlər