“Təbii qazın qiymətinin artması istisna deyil” – KAXA KALADZE

kaladze

Gürcüstanda təbii qazın qiymətinin artması istisna deyil.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Tənzimləmə Komissiyası təbii qazın tarif qiymətinin artması ilə bağlı məsələ üzərində işləyir: “Hələlik gözləmək lazımdır. Təbii qazın tarif qiymətinin artması istisna deyil, bunu sonra biləcəyik. Bəlkə qiymət artımı olmayacaq, buna görə də gözləmək lazımdır,” Kaxa Kaladze bildirib.

Qeyd edək ki, qaz sektorunda fəaliyyət göstərən şirkətlər təxminən 2 ay əvvəl təbii qazın tarif qiymətini nəzərdən keçirmək üçün Gürcüstanın Enerji Tənzimlənməsi və Su Təchizatı bölməsi üzrə Milli Komissiyasına (GNERC) müraciət ediblər. GNERC şirkətlərin tarif ərizəsi əsasında ictimai inzibati icraata başlayıb.






Fikirlər