Heydər Əsədovdan yeni kadr təyinatı

Heydər Əsədovdan yeni kadr təyinatıKənd təsərrüfatı naziri Heydər Əsədov yeni təyinata imza atıb.

Nazirin müvafiq əmrinə əsasən Strateji Planlaşdırma və Beynəlxalq Layihələr şöbəsinin müdiri Rüfət Rüstəmzadə 2014-cü il 12 dekabr tarixindən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Məlumatı Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev verib.






Fikirlər