Büdcədən yayındırılan verginin məbləği açıqlandı

Büdcədən yayındırılan verginin məbləği açıqlandı
Büdcədən yayındırılan verginin məbləği açıqlandı













Vergilər Nazirliyinin əsas məqsədi vergidən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi deyil, yayındırılmış vergi məbləğlərinin dövlət büdcəsinə ödətdirilməsidir.


SalamNews xəbər verir ki, bu fikirləri bu gün Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu” mövzusunda keçirilən tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib.

O deyib ki, 2015-ci ilin birinci yarımilliyi ərzində 508 iş üzrə 29,1 milyon manat məbləğində yayındırılmış vergi məbləğinin dövlət büdcəsinə ödənilməsi təmin edilib: "Vergilər Nazirliyi könüllü əməletmə sisteminin bütün vergi ödəyicilərini əhatə etməsinə nail olmağı hədəf seçib."

Bildirək ki, könüllü əməletmə vergi ödəyicilərinin vergi qanunlarına riayət etmələrini, gəlir məbləğlərini və vergi öhdəliklərini ədalətli və dürüst şəkildə bəyan etmələrini, gəlirlər barədə bəyannamələri vaxtında, sərbəst və könüllü şəkildə təqdim etməyə şərait yaradan, başqa sözlə, vergilərin vaxtında ödənilməsini aşılayan bir sistemdir.






Fikirlər