Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."

Tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bu gün ən ağır şərtlər altında çalışan neftçilərin hüquqları ilə bağlı növbəti çağırışda bulunub.

"DİA-AZ" xəbər verir ki, M.Qəhrəmanlı növbəti dəfə hökumətə səslənərək neftçilərin maaşlarının artırılmasını tələb edib.

Xatırladaq ki, buna qədər də hüquq müdafiəçisi anoloji müraciətlə aidiyyatı qurum və şəxslərə xitab etmişdi.

Onu da əlavə edək ki, son günlər ayrı-ayrı sahələrdə çalışan işçilərin maaşlarına 10 faizlik artım qərarları elan olunsa da, nədənsə neftçilərlə bağlı belə biraddım atılmır ki, məhz bu səbəbdən NHMT sədri növbəti dəfə müraciət etməli olub.

Mirvari Qəhrəmanlı müraciətində deyir:

"Hörmətli SOCAR prezidenti Rövşən Nəcəf və SOCAR Müşahidə Şurasının sədri cənab Mikayıl Cabbarov! Neftçilər 3 ildir ki, əmək haqlarının artırmını gözləyirlər.

İnsafınız olsun..."






Fikirlər