KİLLER GENERAL HAKİM QARŞISINDA- Jurnalistler məhkəməyə buraxılmır - FOTOLAR + VIDEO

akif

Akif Çovdarovun məhkəməsi təxirə salınıb. Buna səbəb Çovdarovun vəkilinin nəhkəmə prosesində iştirak edə bilməməsi olub.

Musavat.com xəbət verir ki, təqsirləndirilənlərdən Akif Əliyevin vəkili Cavid Rzazadə jurnalistlərə bildirib ki, Çovdarovun vəkilləri məhkəmə ilə bağlı məlumatlandırılmayıb.

A.Çovdarov dövlət hesabına təyin edilmiş vəkildən imtina edib.
Proses oktyabrın 4-də təyin edilib.

Vəkil bildirib ki, cinayət işi üzrə 60 nəfər zərərçəkmiş kimi tanınıb. İş üzrə şahidlərin sayı 300 nəfərdən çoxdur.
———–

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.  Ancaq  bunun səbəbi barədə jurnalistlərə heç bir izahat verilməyib.

Məhkəmə prosesinin başlaması haqda və ya başqa bir məlumat verilmir. Giriş qapısında olan məzarətçilər bildirir ki, bu barədə onlara göstəriş verilib.
“Rəsmi göstəriş var ki, jurnalistləri buraxmayaq”- deyə nəzarətçilər bildirib.
Məhkəmənin başlaması haqda dəqiq məlumat verilməsə də, özlərini Akif Çovdarovun qohumları kimi təqdim edən şəxslər zala buraxılıb. Onlar jurnalistlərin suallarını cavablandırmaq istəməyiblər.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.





 






Fikirlər