Keçmiş müstəntiq Şüvəlan Təcridxanasına köçürüldü

169842_res_01

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğlu, 9 il azadlıqdan məhrum edilən, sabiq müstəntiq Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasından köçürülüb.

Bu barədə Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, R.Səfərov noyabrın 17-də Şirvan Apellyasiya Məhkəməsindən gətirilərkən Şüvəlandakı 2 saylı İstintaq Təcridxanasına göndərilib və hazırda orada saxlanılır. Təqsirləndirilən şəxsin hansı əsasla başqa təcridxanaya köçürülməsi məlum deyil.






Fikirlər