Həkim arvadını yandıran sabiq polisin cəzası AZALDILDI

Bakıda 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natəvan Əliyevanın qətlində ittiham olunan keçmiş həyat yoldaşı Samir Əliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Samir Əliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.5, 29,120.2.9, 29,120.2.10-cu (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı və təkrar adam öldürməyə cəhd) maddələri həmin məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə isə müddətin başa çatması ilə əlaqədar olaraq xitam verilib.

Məhkəmə Samir Əliyevin cəzasından 1 il çıxıb və ona qəti olaraq 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, hökmdən apelyasiya şikayəti vermişdi və barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.

İstintaq orqanı Samir Əliyevi Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 29,120.2.5, 29,120.2.9, 29,120.2.10-cu (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı və təkrar adam öldürməyə cəhd), 120.2.1, 120.2.2, 120.2.4, 120.2.10-cu (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla və təkrar adam öldürmə), 144-1.2.2-ci (insan alveri), 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə), 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

İttihama görə, 2015-ci il iyulun 6-da gecə saatlarında Bakı-Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Meyitin Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib.

Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi