Qadın ALVERİ İLƏ məşğul olan müğənni AZADLIĞA ÇIXDI

Qadın alveri ilə məşğul olan müğənni AZADLIĞA ÇIXDI

Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə məcbur etməkdə təqdirli bilinən müğənni Təranə Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Təranə Muradovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Təranə Muradovanın ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb, orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Onun barəsində Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Təranə Muradova Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə ittiham olunub.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi